F-1.az xatırladır ki, ispaniyalı sürücü ikinci sessiyada bolidin idarəetməini itirb və arxa qanadını bariyerlərə sürtüb. Daha sonra yenidən trasa qayıdan Sayns yenidən həmin yerdə səhvə yol verib və 15-ci yerlə razılaşıb.
Karlos Sayns: “Birinci sessiyada çox güclü idim. İkinci sessiyada isə Medium təkərlərlə balans tapa bilmədik və bolidin arxası sürüşürdü. hər dəfə 11-ci döngədə arxa tərəfi itirirdim və bunu anlaya bilmirəm. Üçüncü sərbəst yürüşlərdə və sıralanma turunda oradan tam sürətlə keçirdim. Sıralanma turunun ikinci sessiyasında isə problem yaşadım. Arxa qanadı bariyerlərə sürtdüm və bolid zədələndi. Ondan sonra sürmək çətinləşdi. Yoxsa beşliyə düşə bilərdim”.