K.Sayns narazıdır

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, boliddən hələ də maksimumu almayıb.

F-1.az xatırladır ki, Bəhreyndəki qış testlərinin ilk günündə külək qumu trasa vuraraq, sürücülərin başına oyun açıb.

Karlos Sayns:
“Müasir bolidlər küləkdən çox təsirlənirlər. Rüzgar öndən əsəndə boliddəmyaxşı hiss edirdim. Arxadan əsəndə isə bolidi sürmək olmurdu. Ferrari ilə ilk testim qum fırtınası və 50 km/saat küləkdə baş tutdu. Buna görə də ilk günün elə də böyük faydası olmayacaq. Görək növbəti günlər necə olacaq.

Bolidi hələ də limitlərdə sürə bilməmişəm. Bolidlə sadəcə 60 dövrə vura bildim və bu çox azdır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*