K.Sayns: “Mükəmməl yarış oldu”

Braziliya yarışına 15-ci yerdən başlayan Karlos Sayns finişə 6-cı yerdə çatıb. İspaniyalı bildirib ki, bu nəticəni gözləmirmiş..

F-1.az xatırladır ki, Sayns yağışdan maksimum istifadə etmiş və ikinci qırmızı bayraqlara qədər 4-cü yerə yüksəlmişdi. Amma ispaniyalı sürücü yarışın sonlarında Ferstappen və Fettelin hücumlarına tab gətirə bilməyərək, 6-cı olmuşdu.

Karlos Sayns: “Sözün açığı yarışın sonlarında Maks və Sebastyan məni keçəndə məyus olmadım. Bu nəticəyə görə sevincliyəm. Bəlkə də, 4-cü ola bilərdim, amma bolid çox sürüşürdü və digərləri çox sürətli idilər. Buna görə də məyus deyiləm.

Keçid təkərlərinə keçməyərək, trasda qaldıq və beləliklə, sürpriz nəticəni aldıq. Quru havada liderdən 2.5 saniyə yavaş idik. Buna görə də, yağışın yağması bizə kömək etdi. Əlimizə düşən fürsətlərdən maksimum istifadə edib, 6-cı olduq. Son iki yarışda xak almaq çətin görünsə də, buradan 8 xal götürdük. Bunu komanda ilə bir yerdə qeyd edəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*