F-1.az xatırladır ki, ispaniyalı sürücü bu mövsüm gözləntiləri qarşılaya bilmir və 3 yarışa cəmi 3 xal toplaya bilib.
Karlos Sayns: “Bu mövsüm iki dəfə tam heyətlə xal qazana bilmişik. Bu da doğru yolda olduğumuzu göstərir. Çində yaxşı start alsam da, Red Bull-lardan biri məni sıxdı və bir neçə yer itirdim. Yaxşı ki, xal ala bildim. Performansımdan razı olsam da, boliddə özümü yaxşı hiss etmirəm. Buna görə mühəndislərlə çox işləməliyəm. Mövsüm uzundur və getdikcə güclənəcəm”.