F-1.az xatırladır ki, Fernando Alonso Renault komandasında 2003-2006-cı və 2008-2009-cu illərdə yarışmış və burada 2 Dünya Çempionuluğu, 17 qələbə və 41 podium qazanaraq Fransa təmsilçisinin tarixində ən uğurlu sürücü olmuşdu.
Karlos Sayns: “Artıq Renault kimi böyük komandada yarışıram və hər mənada əlimdən gələnin ən yaxşısını edəcəm. Daha yaxşı nəticələr üçün yarışmaq istəyirəm. Əgər bunu edə bilsək, çox xoşbəxt olacam. Hədəflərimiz və istəklərimiz eynidir. Amma bunu etmək asan olmayacaq. İlk üç komandaya daha yaxın olmaq istəyirik, ancaq bunun üçün çox işləməliyik. Hazırda istədiyimiz nöqtədə deyilik və inkişaf etməliyik. Renault karyeramda Fernando kimi yaxşı performans göstərə bilsəm, əla olacaq. Amma ikimiz də fərqli dövrlərdə burada idik. O vaxtdan bəri idman çox dəyişib. İnkişaf etmək vaxt tələb edir”.