F-1.az xatırladır ki, Karlos Sayns karyerası ərzində iki dəfə Avstraliya yarışına çıxıb və hər ikisində də 9-cu olub.
Karlos Sayns: “Burada hər iki yarışımda 9-cu olmuşam. İnanıram ki, bu mövsüm də hər şey yaxşı olar. Bolidimiz daha yaxşıdır və özümü formada hiss edirəm. Buraya bir həftə tez gəlib, uyğunlaşmağa çalışırıq. Buranı da gəzmək üçün çox vaxtımız olur. Melburn gözəl şəhərdir və çox gözəl insanları var. İki ildir ki, burada Arnold Şvartsnegger ilə məşq edirdim, çünki o da mənimlə eyni oteldə qalırdı. Bu inanılmazdır. Ümid edirəm ki, bu il də eynisi olar”.