K.Sayns: Montsada poul qazanmaq inanılmazdır

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, Montsada poul qazanmaq bir idmançı üçün inanılmaz hissdir.

F-1.az xatırladır ki, sıralanma turunda Ferrari və Red Bull komandaları bir-birlərinə yaxın olublar. İkinci sessiyadan sonra Sayns, Lekler və Ferstappen 0.05 saniyə içində qərarlaşıblar. Bu da o demək idi ki, Montsadakı sıralanma turunun son sessiyası çox maraqlı keçəcək. Elə də oldu. Karlos Sayns az fərqlə rəqibi Maks Ferstappeni qabaqlayaraq, poul qazandı.

Karlos Sayns: “Sıralanma turu gözəl keçdi. Düzünü desəm, çox gərgin sıralanma turu oldu. Xüsusən də sonuncu sessiya.

Üçümüz də çətinlik çəkdik. Limitlərdə sürürdük. Son cəhdimdə bilirdim ki, Askari və Parabolikada dövrəmi bir az da yaxşılaşdıracam. Bunun üçün əlimdən gələni etdim. Əziyyətim bəhrəsini verdi, çünki son cəhdimdə var qüvvəmlə sürdüm.

Finiş xəttini keçəndə tüklərim biz-biz oldu. Bütün dövrə ərzində tribunadakı insanları izlədim. Bu, inanılmaz şeydir. Getdiyimiz hər yerdə səs-küy, dəstək və həvəsləndirici şüarlar var idi. Bu, bir idmançı və sürücünün sahib olduğu ən yaxşı hisslərdir.

Birinci və əsas hədəfimiz podium qazanmaq olacaq. Birinci yerimi qorumaq üçün əlimdən gələni edəcəm.

Yaxşı startla Maks ilə mübarizə apara bilib-bilməyəcəyimizi görəcəyik. O yarış tempində daha sürətlidir. Mən əlimdən gələn hər şeyi edəcəm”.

Qeyd edək ki, bu 29 yaşlı sürücünün builki birinci, ümumilikdə isə dördüncü podiumudur.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*