K.Sayns: Mercedes yenə favoritdir

McLaren komandasının sürücüsü Karlos Sayns bildirib ki, Mercedes komandası bu mövsüm də əlçatmaz olacaq.

F-1.az xatırldır ki, “gümüşü oxlar” son 6 mövsümdə həm Sürücülər Çempionatında, həm də Mühəndislər Kubokunda qalib olublar. Almaniya təmsilçisi builki qış testlərində də rəqiblərindən güclü olub.

Karlos Sayns: “Hamımız Mercedes-in yenidən birinci yerdə olmasını gözləyirik. Keçən il Əbu Dabidə açıq fərqlə rəqiblərini qabaqlayırdılar. Büdcələri yaxşıdır və hər il daha da güclənirlər. Rəqibləri isə fərqi azaltmağa çalışır.

Bu il Red Bull komandası onlara meydan oxuya bilər. Görək bütün mövsüm ərzində bunu bacaracaqlar yoxsa sadəcə 5-6 yarış mübarizə apara biləcəklər? Hazırda Red Bull və Ferrari-nin gücü barədə nəsə deyə bilmərəm. Bir onu bilirəm ki, Mercedes yenə güclüdür və titul üçün real namizədlərdəndir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*