K.Sayns: Mercedes sürətlidir

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, Mercedes bu həftəsonu daha güclüdür.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Sprint yarışına 5-ci yerdən başlasa da, finişə ikinci yerdə çatıb. Lakin o yeni daxiliyanma mühərriyinə keçdiyi üçün sabahkı yarışa 7-ci yerdən start verəcək.

Karlos Sayns: “Normalda təkərlərimiz Mercedes sürücülərinə nisbətən tez yeyilir. Bu gün startda çox yaxşı idilər. İlk döngədən sonra yerimi qoruyub Corc və Maksla mübarizə apardım. Aqressiv olmalı idim, çünki sabah cəza alacağam. Məncə, ikinci yer mənim üçün maksimum idi. Tempimdən razı idim. Sadəcə Mercedes son dövrlər sürətlənib. Xüsusən də yarışda…

Maksa hücum etdiyim zaman o limitdə idi. Onu keçmək çətindir və buna görə birinci döngəni daxildən götürdüm. Red Bull-la mübarizədə əylənmə zamanı aqressiv olmalısınız, çünki düzlükdə çox sürətlidirlər. Təmas yaşadığım üçün məyusam, amma bu yarışdır və uğur qazanmaq üçün risk almalısınız”.

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*