F-1.az xatırladır ki, ispaniyalı sürücü uarışa 7-ci yerdən başlasa da, yekunda 3-cü olaraq, podiuma yüksəlib.
Karlos Sayns: “Yaxşı yarış idi. Startda xırda problemlər yaşadıq. Əyləclər od tutub yanırdı. Buna görə də birinci pit-stopa tez getdik. Bu da o demək idi ki, üç dəfə pit-stop etməli idik. Bəlkə də bu ən sürətli strategiya deyildi, ancaq yenə də əlimizdən gələni etdik və Çeko ilə eyni tempi tutduq.
Son dövrələrdə Çekoya qarşı üstün idik. Yeddinci yerdən başlayıb podiuma yüksəlmək yaxşı hissdir. Sevinməliyik. Mercedes-in belə sürətli olması bizim üçün pis olsa da, Corca görə sevinirəm və təbrik edirəm.
Hazırda çempionatda müdafiə rejiminə keçmişik Mercedes bu gün rəqibsiz idi. Ən sürətli onlar idilər və Red Bull-u belə keçdilər. Əbu Dabidə də onların qələbə qazanma ehtimalını düşünməliyik. Biz qələbə uğrunda mübarizə apara bilməliyik”.