F-1.az xatırladır ki, Racing Point komandası Mercedes-lə olan tərəfdaşlığını arıtırıb. Kanadalılar bolidin mühərriyini, ötürmələr qutusunu və asılqanları Mercedes-dən alırlar. Bundan başqa “çəhrayılar” almanların aerodinamik borusunda testlər edirlər. Bütün bunlar bir araya gələndə Racing Pointin builki bolidi olan RP20, Mercedesin keçənilki bolidi W10-a bənzəyir. McLaren və Williams kimi komandalar isə bolidlərini müstəqil olaraq özləri yığırlar.
Karlos Sayns: “Bunu görəndən sonra mühəndislərimlə danışdım və soruşdum ki, Mercedes-i niyə kopyalamırıq? Onlar mənə dedilər ki, bu, mümkün deyil. Formula1-də əsas xırdalıqlar gizli olur və bunu kənardan baxıb kopyalamaq mümkünsüzdür. Onlara inanıram”.