K.Sayns: “Məqsədimiz xal almaqdır”

Sıralanma turunda gözəl performansla 8-ci olan Karlos Sayns bildirib ki, məqsədi yarışdan maksimum xallarla ayrılmaqdır.

F-1.az xatırladır ki, ispaniyalı sürücü sıralanma turunda 9-cu olsa da, Rikkardonun cəzasına görə yarışa 8-ci yerdən başlayacaq.

Karlos Sayns: “Gözəl gün idi və yarışda daha güclü olacağımıza əminəm. Sərbəst yürüşlərdə belə güclü deyildik. Amma əlimizdəki məlumatları doğru dəyərləndirdik və sıralanma turuna yaxşı hazırlaşdıq. Hər iki sürücü ilə son sessiyaya qalmaq əla nəticədir, amma bu, bizə xal qazandırmır. İndi önümüzdə uzun yarış var və hadisələrdən uzaq qalaraq xal almağa çalışacağıq. Həmilton və Rikkardo arxadan sürətlə gələcəklər. Ümid edirəm ki, onlara qarşı müdafiə oluna bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*