F-1.az xatırladır ki, ispaniyalı sürücü Qətərdəki sıralanma turunda 7-ci olub. Lakin 27 yaşlı pilot sıralanma turunun son sesisyasında Qaslinin qəzası vaxtı dalğalanan sarı bayrağa məhəl qoymadığı üçün stüardlar tərəfindən araşdırılır.
Karlos Sayns: “Sıralanma turundakı dövrələrimdən razıyam. Xüsusən də, ikinci sessiyada Medium təkərlə və üçüncü sessiyada Soft təkərlə ilk cəhdim yaxşı idi. Komanda üçün çətin həftəsonudur. Alpine, AlphaTauri və McLaren mübarizənin içindədir. Yaxın mübarizə var. İkinci sessiyanı Medium təkərlə keçdik və yeddinci yerdən başlayacağıq. Ümid edirəm ki, Medium təkərlər bizə üstünlük qazandıracaq”.