F-1.az xatırladır ki, Alonso mövsümün sonunda idmandan gedir. İkiqat Dünya Çempionu geri dönə biləcəyini desə də, gələn il idmanda olmayacaq.
Daniel Rikkardonun gələn il Renault-ya keçidinə görə yerini itirən Sayns isə McLaren-ə keçə bilər. ESPN iddia edir ki, 24 yaşlı sürücü McLaren-lə ikiillik müqavilə bağlayıb. Açıqlama isə tezliklə olacaq. Stoffel Vandorn isə komandada qalmaq üçün lazımi işi görüb. Lando Norris də Formula1-ə yüksəlmək üçün fürsət gözləyəcək.
Sayns üçün ilk seçimin Red Bull olacağı düşünülsə də, Avstriya təmsilçisi Pyer Qaslini transfer etmək istəyir.