F-1.az xatırladır ki, Ferrari və McLaren Mühəndislər Kubokunda üçüncü yer uğrunda mübarizə aparırlar. İtalyanlar son yarışlarda daha yaxşı nəticələr alaraq, sona 3 yarış qalmış əzəli rəqiblərini 31 xal qabaqlayıblar.
Karlos Sayns: “Çempionatda böyük fərqlə üstün olsaq da, heç nə bitməyib. Növbəti 3 yarışda yaxşı nəticələr alsalar, yenidən mübarizəyə qayıdarlar. Qətər və Səudiyyə Ərəbistanı onlar üçün mükəmməl olacaq. Diqqətli olmalıyıq.
Komanda olaraq yalnız şassidə və motorda yox, hər sahədə inkişaf etdik. Pit-stopları və strategiyanı yaxşılaşdırdıq və yaxşı işləməyə başladıq. Artıq daha yaxşı həftəsonları keçiririk. Düzdür, güclü maşın da bizə kömək edir, amma komanda da əla işləyir”.