F-1.az xatırladır ki, ispaniyalı sürücü Azərbaycanda özündən gözlənilən performansı göstərə bilməmiş və yarışı 5-ci yerdə bitirmişdi.
Belə görünür ki, 27 yaşlı pilor paytaxtımızda yaşadığı uğursuzluğu unutmaq üçün dəyişiklik edib, amma dəbilqəsində…
Karlos Sayns Mayamidə bənövşəyi-mavi rəng çalarlı dəbilqə ilə yarışacaq. Dəbilqənin üst hissəsində isə Mayami trasının xəritəsi və Miami GP yazısı var.
Görək bu yeni dizaynlı dəbilqə ispaniyalı sürücünün əhvalına necə təsir edəcək? Gözləyək və görək…