K.Sayns maşından razıdır

Mercedes-in geridə qalması fonunda biz bu il də mövsümün əvvəlində Red Bull - Ferrari rəqabətini görə bilərik.

F-1.az xəbər verir ki, Karlos bu gün yeni maşından razı qaldığını bildirib.

Karlos Sayns: “Bu gün hər şey qaydasında getdi. Testlərdəki çıxışımızdan razıyam. Biz bir çox tapşırıqları yerinə yetirmişik, maşının müxtəlif rejimlərdə davranışını sınaqdan keçirmişik. Bu həm mənə, həm də komandaya kömək edəcək. Keçən il bunu bacarmadıq, amma indi nail olduq.

Yeni maşın keçənilkinin təkamülüdür. Verdiyi hiss əvvəlki ilə çox bənzərdir. Maşın çox dəyişməyib, amma zəif cəhətlərimizi bağlamağa çalışaraq potensialı artırmağa nail olmuşuq.

Maşın sürərkən həmişə hücum etməyə çalışıram. Siz sıralanma turunda kiçik fərqləqlə qələbə üçün mübarizə apararkən adrenalin qanda tüğyan edir. Sabah daha sürətli olmağa çalışacağam”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*