K.Sayns: Maşın hərtərəfli deyil

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, maşınları hərtərəfli olmadığı üçün Mayamidə istədiyi kimi sürə bilməyib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Mayami yarışına üçüncü yerdən başlasa da, yekunda beşinci olub. Komanda yoldaşı Lekler isə yarışı başladığı yerdə – yeddinci – bitirib.

Yarışdan sonra hər iki sürücü də Hard təkərlərdən şikayətləniblər. Karlos Sayns isə maşının hərtərəfli olmadığını deyib: “Hazırda maşını limitlərdə sürə bilmirəm.

Məsələn, yarışdasınız və yaxşı dövrə vurursunuz və sonrakı dövrədə Hard təkərlərlə 0.3 saniyə yavaş olursunuz. Buna görə də qaza istədiyimiz kimi basa bilmirik və yarışı tamamlamaq üçün müəyyən bir tempdə getməli oluruq. Mayamidə güclü olacağımızı düşünsəm də, gördük ki, hələ çox inkişaf etməliyik.

Çətin yarış idi. Medium təkərlərlə güclü yarışsam da, Hard təkərlərlə sürmək çətin idi. Təəccüblüdür. Fernandonu erkən pit hesabına çalışsaq da, bolidimiz bunu bacaracaq qədər hərtərəfli deyildi. Yarışı bitirmək üçün Hard təkərlərlə limitlərdən aşağı sürdüm. Küləyi də nəzərə alsaq, yarış bizim üçün uzub çəkdi. Qəbul etmək çətin olsa da, yarış tempi və təkərə nəzarət cəhətdən çox iş görməliyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*