K.Sayns: Maşın əvvəlki kimi işləmədi

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, yerində fırlandıqdan sonra bolid istədiyi kimi işləməyib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü yarışa 3-cü yerdən başlasa da, pis startla 5-ci yerə qədər geriləyib. Daha sonra isə yerində fırlanaraq, 11-ci yerə düşüb. Buna baxmayaraq, gənc sürücü doğma publikası önündə təslim olmayıb və yarışı 4-cü bitirərək, zərəri minimuma endirib.

Karlos Sayns: “Bizim üçün uzun və çətin yarış idi. Birdən külək əsdi və yerimdə fırlandım. Bundan sonra yüksəlməyə çalışdım, amma bolid istədiyim kimi işləmirdi. Çox zədələnmişdi və çox sürüşürdü.

Sonda 4-cü olsam da, istədiyim kimi keçmədi. Bütün yarış ərzində çətinlik çəkdim. Bəzən belə də olur.

Azarkeşlər səhvimdən sonra mənə dəstək oldular. Xal zonasından çıxmışdım və zədəli maşınla əlimdən gələni etdim. Problemli maşınla tam yarış keçirməli oldum və çətin idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*