F-1.az xatırladır ki, ispaniyalı sürücü 8-ci başladığı yarışı 4-cü yerdə bitirib. Yarışda virtual təhlükəzlik maşını rejimi olduğu üçün əksər komandaların strategiyası məhv olub. Sayns da bu problemə görə podiumu əldən verib.
Karlos Saynz: “Bilmirəm. Hər şeyi sakit başla təhlil etməliyik. Bu gün əlimdən gələni etdim və masada heç nə qalmadı. Yarışdakı şəraitə görə digər komandalar daha şanslı idilər.
Racing Point bizdən sürətli idi. Çeko axırıncı yerə düşsə də finişdə bizi 10 saniyə qabaqladı. Təzə təkərlərə baxmayaraq, onlara çata bilmədik. Bu həftə bizim üçün uğurlu olmadı.
Ən yaxşı startım olmadı. Dördüncü döngədə insident olacağını bilirdim, çünki külək əsirdi. Ona görə də təmkinlə hərəkət etdim. Bəzi sürücülər tələsdiyi üçün qəza etdilər. Belə yarış keçirmisinizsə, şikayət etməməlisiniz”.