K.Sayns: Maksimumu ala bilmədik

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, Amerika yarışında maksimum nəticə qazanmayıblar.

F-1.az xatırladır ki, ispaniyalı sürücü pitdə ləngidilib və buna görə də 5-ci başladığı yarışı 7-ci yerdə bitirməli olub.

Karlos Sayns: “Yarış çətin keçdi. İlk dövrədə McLaren-lərlə mübarizə aparmaq və onlara qarşı yerimizi qorumaq çox çətin idi. Yerimi qorudum, amma stüardların xəbərdarlığından sonra birinin ötməsinə icazə verdim Buna baxmayaraq, onlar yenə bizi araşdırdı. Sözün düzü, stüardların belə hərəkətləri xoşuma gəlmir. Onlardan birini keçməsinə icazə vermişdim və bu, cəsarətli addım idi.

Daha sonra Landonu keçib Danielin dalınca düşdüm. Pitlərdə onu keçməyi düşünsək də, komanda yenə gecikdi və bu üstünlüyü əldən verdik. Onun arxasında qaldım. Mənim üçün pis yarış idi.

Daniellə mübarizəmizə gəldikdə isə… Belə hallarda daxili trayektoriyadakı adam xaricdəki rəqibini həmişə sıxır. Mən də eynisini edərdim. Ancaq burada təmas etdik. Məncə, daha təmiz reaksiya verə bilərdi. Az qala yerimdə fırlanırdım. Onu pitdə keçə bilərdik, ancaq gerisində qaldıq.

Bu gün maksimum nəticə əldə edə bilmədik. McLaren-i keçə bilərdik, amma bacarmadıq. Buna görə məyusam”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*