F-1.az xatırladır ki, keçən mövsüm Karlos Sayns komanda yoldaşı Maks Ferstappeni sıralanma turlarında 10-9 hesabı ilə üstələsə də, ispaniyalı sürücü əksər yarışlarda mexaniki problemlərə görə finiş görməmişdi.
Sayns yeni mövsümlə bağlı fikirlərini bildirib: “Mən düşünürəm ki, bu il keçən ildən daha uğurlu olacaq.
Maks ilə münasibətimiz həmişə yaxşı olub və indi də yaxşıdır. Ümid edirəm ki, bu il də münasibətimiz korlanmaz.
Öz istedadıma bələdəm, ona görə də narahat deyiləm. İnsanlara təsir etmək istəyirəm və bunun üçün çox vaxtım var. Gələn il Maksla aramızda yaxşı mübarizə olacaq və insanlar bu mübarizədən ləzzət alacaq”.