F-1.az xatırladır ki, ispaniyalı sürücü Bakıdakı əsas yarışa 4-cü yerdən başlasa da, finişə 5-ci yerdə çatıb. 27 yaşlı pilot restartda Alonsonu önə buraxıb. Yarışın sonuna qədər isə Həmiltonun təzyiqini hiss edib.
Karlos Sayns: “Fernandonun yarışı harada bitirdiyini nəzərə alsaq, məni bütün hallarda keçəcəyini düşünürəm.
Medium təkərlə gedəndə tempim var idi. Hard təkərlərə keçəndən sonra həftəsonu ərzində yaşadığım problemlər yenidən ortaya çıxdı və beşinci yerə razı oldum.
Yarış ərzində qəza limitində idim. Elə bilirdim ki, idarəetməni itirəcəm. Buna görə də mənim üçün çox uzun yarış idi və həftəsonu yaşadığım problemlərə görə stressli idim. Əminəm ki, buradakı problemlərin səbəbini tapacaq və Mayamidə yebnidən güclü olacağıq”.