F-1.az xatırladır ki, Lekler son cəhdində divara çırpılaraq, qırmızı bayraqların çıxmasına və sessiyanın bitməsinə səbəb olub. Bu anda monakolu sürücünün əsas rəqibləri sürətli dövrələrində idilər və onlar da cəhdlərini başa vura bilmədilər. Beləliklə, Sayns sessiyanı 4-cü yerdə tamamlayıb.
Karlos Sayns: “Düzünü desəm, məyusam. Bunu qəbul etmək çox çətindir, çümki Monakoda həmişə poul uğrunda mübarizə aparmaq mümkün olmur. Bu dəfə tempim var idi. Heyif ki, bunu edə bilmədim. Çox əsəbiyəm.
İlk cəhdimdə son sektorda 0.2-0.3 saniyə itirdim. Buna görə də bilirdim ki, vəziyyəti düzəldə bilərəm. Amma son cəhdimdə Peres yol vermədi və ilk sektorda 0.1 saniyə itridim. Ancaq sonra sürətləndim və nəticəmi yaxşılaşdıra bilərdim. Burada sarı bayraq çıxdı və mən 13-cü döngədə idim. Dövrəmi ləğv etməli oldum.
Dördüncü yerdən başlayıram və poula yaxın deyiləm. Poul mümkün olan yerdə 4-cü oldum və məyusam”.