F-1.az xatırladır ki, Alonso Formula1-də qələbə, titul qazanan ilk və yeganə ispandır.
Karlos Sayns: “2005-ci ilin İspaniya Qran Prisində Alonso ilə tanış olmuşdum. Həmin gün öz-özümə dedim ki, Alonso kimi Formula1-də yarışacam. Atama bunu istədiyimi dedim və hədəfim bu idi. Doqquz yaşımda kart sürməyə başladım. Dünya Renault seriyalarında qalib oldum. Bu uğurları qazanandan sonra Formula1-də iştitak edəcəyimi dedilər. Formula1-ə girmək karyeramın ən xüsusi anı idi. Milyonlarla adam bunu sınayır və ildə sadəcə bir və ya iki adam bu uğura nail olur.
Renault komandasına transfer də mənim üçün böyük əhəmiyyət kəsb edir. Belə komandada olmaq çox gözəldir. Renault komandası İspaniya üçün çox vacibdir. Qarşıma qoyduğum məqsədlərə çatdığım üçün şanslıyam. Bu, qürurvericidir”.