K.Sayns komandadaxili vəziyyəti sabit saxlamaq istəyir

Ferrari komandasının sürücüsü Karlos Sayns düşünür ki, Şarl Leklerlə yaxşı yola getsə, komanda daha yaxşı nəticələr əldə edər.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Ferrari-də keçən il debüt edib və komanda yoldaşı Leklerlə yaxşı münasibətdə olub. Sayns daha əvvəl McLaren-də Norrislə də yaxşı münasibətdə idi.

Karlos Sayns: “Şarl hər şeyə sahibdir. Nəyi çatışmır? O, ən yaxşı sürücülərdən biridir. Çox sahədə mütəxəssisdir və insanların düşündüyündən daha çalışqandır. Hamımız çox işləyirik. Şarl sürətli, çox işləyən və stabillik paketinə sahibdir. Məncə, Formula1-də ondan sürətli sürücülər yoxdur.

Mən bilirəm ki, nəyi etmişəm, nəyi yox. Özümə fokuslandım, bolidi anladım və ona öyrəşərək, özümə uyğun sazlanmalar tapdım. Bolidin stilinə uyğunlaşdım. Çox sürətliyəm.

Mənim əsas fəlsəfəm komanda daxilində rahat ab-hava yaratmaq və narahat olmamaqdır. Onsuz da Formula1-də pis anlar çox olur. Buna görə də komandadaxili atmosfer pozitiv olmalıdır.

Bundan başqa komandanın inkişaf etməsini istəyirəm. İki sürücü yaxşı yola getsə, komanda da inkişaf edər. Komandanın inkişafı mənim xeyirimə olar. Bu, düz məntiqdir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*