F-1.az xatırladır ki, ispaniyalı sürücü yarışa 9-cu yerdən başlamışdı. Startda Qrojanın insidentinə görə otlu sahəyə çıxan yerli qəhrəman daha sonra xətasız performans göstərərək, yarışı 7-ci yerdə bitirmişdi.
Karlos Sayns: “Mənim və komandam üçün əla nəticə oldu. Bizim üçün əlverişli olmayan trasda bu nəticə uğur sayılır. Doğru yöndə addımlar atırıq. Cümə günündən etibarən çox şeyi dəyişdik. Bunlar yaxşı işlədi və xoşbəxtik. Yaxşı start aldıq və daha sonra hər şeyi nəzarətdə saxlayıb 7-ci yeri tutduq. Öz vətənimdə belə gözəl fanatların qarşısında yarışdığım üçün xoşbəxtəm. Hələ inkişaf etməli olduğumuz sahələr var. Amma hazırda bu nəticə ilə fəxr etməliyik”.