F-1.az xatırladır ki, ispaniyalı sürücü Maggots və Becketts döngələri arasındakı sürətli hissədə komanda yoldaşının təmasından sonra yerində fırlanmış və mübarizəni vaxtından əvvəl dayandırmışdı…
Karlos Sayns: “Hadisə ilə bağlı nə düşündüyümü hələ deməyəcəm. Məncə, bu hadisəni komanda daxilində həll etmək olar. Onsuz da təkrarda hər şeyi açıq-aydın görmək mükündür. Kimin günahkar olduğunu baxıb başa düşə bilərsiniz. Bir-birimizlə yarışırdıq və bunu edərkən boşluq buraxmalısınız. Daha sonra Daniil tras xaricinə çıxaraq, təhlükəli şəkildə geri qayıtdı və təmas etdik. Bu da mənim yarışımı bitirdi. Ümid edirəm ki, eyni hal yenidən təkrarlanmaz. İki komanda yoldaşının təmas etməsi həmişə pisdir”.