K.Sayns: Kiçik fərqlə uduzdum

F-1.az xəbər verir ki, son cəhdində yaxşı gələn ispan sürücü son sektoru istədiyi kimi keçə bilməyib və cüzi fərqlə liderə uduzub.

Karlos Sayns: “Son döngənin çıxışında təkərin lazım olandan artıq fırlanmasını nəzərə almasaq, təmiz dövrə vurdum. Heyf, poulu çox az fərqlə əldən verdim. Belə nəticələnən ilk sıralanma dövrəsi deyil və ümid edirəm ki, mövsümün sonuna doğru Maks və Şarla qarşı bu qədər üstünlüyüm olar və poul əldə etməyə başlayaram.

Sabah hava əhəmiyyətli rol oynaya bilər – yağış ehtimalı çoxdur. Yarışda çox şey baş verə bilər, amma üçüncülükdən başlamaq mənim üçün böyük fürsət yaradır. Bir dəst təzə yumşaq təkərim var və sabah Maksa meydan oxumaq üçün əla vəziyyətdəyəm”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*