K.Sayns: “Keçən ilin mühərriyini keçə bilməmək biabırçılıqdır”

Toro Rosso komandasının sürücüsü Karlos Sayns bildirib ki, 2016-cı ilin Ferrari mühərriyi ilə təchiz edilmiş Sauber-i keçə bilməməsi çox pis haldır.

F-1.az xatırladır ki, 22 yaşlı sürücü Barselonada öz publikası önündə Paskal Verlyaynı trasda keçə bilməmişdi.

Karlos Sayns: “İlk dəfə Sauber ilə mübarizə apardıq və düzlükdə keçənilki mühərriyinin bizdən sürətli olması pis haldır. Keçmək üçün əlimdən gələni etdim. Birinci döngəyə qədər yan-yana gəlsək də, daxili trayektoriyanı yaxşı bağlayırdı. ispaniyada ötmə etmək çətin olur. Verlyayn əla iş gördü.

Bir az da gücə ehtiyacımız var. 7-ci yerdən 0.2 saniyə geri qalırdıq. Renault mühərrikləri 0.3 saniyə inkişaf etsə, hər şey dəyişər. Amma onu almaq üçün daha 3 yarış gözləməliyik. Buna görə də hazırda əlimizdəki mühərrikdən maksimumu çıxarmalıyıq. Sıralanmada pis olsaq da, yarış tempində yaxşıyıq. Ümid edirəm ki, bütün mövsüm belə olmaz”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*