K.Sayns: Kanadada podium üçün sürəcəyəm

İspan sürücü Cadena Ser resursuna olan müsahibəsində mövcud güc nisbətlərindən bəhs edib.

F-1.az xəbər verir ki, Karlos Monrealda baş tutacaq növbəti yarışda podium üçün mübarizə aparacağını bildirib.

Karlos Sayns: “Təəssüf ki, bu il gözlədiyimiz qədər sürətli olmadıq. Red Bull hamıdan üstündür, lakin biz inkişaf etməliyik. Bu mövsüm Red Bull-a çatmağın çox çətin olacağı aydındır, lakin bu, Ferrari-nin bunu edə bilməyəcəyi anlamına gəlmir. Mübarizə aparıb yarışda qalib gəlməyə çalışacağıq.

Red Bull indi ən sürətli olan möhtəşəm maşın yaradıb. Görünür, Mercedes modernləşmə baxımından düzgün istiqamət tapıb və biz hələ olmaq istədiyimiz yerdə deyilik. Amma biz nəticələrimizə tənqidi yanaşırıq və təkmilləşdirməyə çalışırıq. Məqsədimiz mövcud maşından maksimum yararlanmaqdır.

Düşünürəm ki, Barselonadakı tras bu il Ferrari üçün ən pisi idi. Təəssüf ki, evdə daha çox uğur qazana bilmədik, amma Kanadada hər şey fərqli olacaq – podium üçün Monreala gedirəm”.

Xatırladaq ki, Sayns hazırda sürücülər çempionatında 58 xalla altıncı yerdədir. Mövsümdə ən yaxşı nəticəsi dördüncülük olub və bir podium qazanmış komanda yoldaşı Şarl Lekleri 16 xalla üstələyir.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*