K.Sayns: “İspaniya təqvimdə qalmalıdır”

McLaren komandasının sürücüsü Karlos Sayns bildirib ki, Kataloniya trası Formula1 təqvimində mütləq qalmalıdır.

F-1.az xatırladır ki, Barselona trası artıq İspaniya hökümətinin dəstəyini itirib və gələcəyi müəmmalıdır. Tras rəhbərliyi Liberty Media ilə yeni müqavilə barədə danışacaq.

Karlos Sayns: “Məncə, İspaniya yarışlarının tarixi və xatirələri var. İnsanlar axmaq deyil və hər şeyi düşünürlər. Bundan artıq söz deməyə ehtiyac yoxdur.

Keçən həftə Zaydlın komandaya rəsmən gəlməsinə görə Uokinqdə idim. Gün keçdikcə onu daha yaxşı tanıyıram. Əgər o sistemli işləyirsə, mən də eləyəm. Onunla yola gedəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*