K.Sayns: İşimiz çoxdur

Ferrari komandasının sürücüsü Karlos Sayns bolidinin sürətindən razı qalıb.

F-1.az xatırladır ki, ispaniyalı sürücü birinci cümə sərbəst yürüşlərində lider olub.

Karlos Sayns: “Sərbəst yürüşlərdə tempimiz yaxşı idi. Qabaqrlar işimizi çətinləşdirdiyi üçün yaxşı gün olmadı. Ostundə bordürlər və qabaqrlar performansınıza mane olur. Onlara görə balans tapmaq çətinləşir.

Ümumilikdə bolidimizi sürmək rahat olmasa da, tempi yaxşı idi və əsas olan da budur. Saf performansımız yaxşıdır, amma özümü yaxşı hiss etmirik. Sonuncu sərbəst yürüşlərdə görüləsi işlər var. Pirelli testinə görə ikinci sərbəst yürüşlərdə bəzi şeyləri sınaya bilmədik. Onları sınamalıyıq. İşimiz çoxdur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*