F-1.az xatırladır ki, ispaniyalı sürücü sıralanma turunda 9-cu yeri turub.
Karlos Sayns: “Cümə günü ikinci sessiya istədiyim kimi deyildi. Amma şənbə günü istədiyimiz sazlanmaları tapdıq və həm mənim üçün, həm də komanda üçün əla gün oldu. Ostindəki inkişafı burada da davam etdiririk. Sıralanma turu çətin idi, amma çox inkişaf etdik və özümü boliddə rahat hiss edirdim”.