K.Sayns: İlk yarış üçün səbirsizlənirəm

Ferrari komandasının sürücüsü Karlos Sayns üçgünlük testlərdən sonra boliddən razıdır.

F-1.az xatırladır ki, ispaniyalı sürücü testlər ərzində boliddən razı qalıb və inamlı performans göstərib.

Karlos Sayns: “Testi problemsiz şəkildə tamamladıq və proqramımızın hamısını reallaşdırdıq. Əvvəlcə buradakı və Maranellodakı işçilərə təşəkkür edirəm.

Testin son günündə həm sıralanma, həm də yarış tempində işlədik. Mövsümün ilk yarışına hazır getmək üçün məlumatları təhlil etməliyik. Gələn bazar burada yarışmaq üçün səbirsizlənirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*