K.Sayns: İlk sektorda itirirəm

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, ilk sektorda çox vaxt itirir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Ciddədəki sıralanma turunda 5-ci olub və Leklerin cəzası ilə yarışa 4-cü yerdən başlayacaq.

Karlos Sayns: “Sıralanma turunda ilk sektorda problem yaşadım. Bəzi şeyləri araşdırmalıyıq. Hər dövrəyə 0.3-0.4 saniyə itirirəm. Trasın digər hissələrində isə sürətliyəm. İkinci sessiyada ikinci dəfə cəhd etməli oldum və buna görə son sessiyada problem yaşadım. Yarışda geridönüş etməyə çalışacağam.

Həftəsonu istədiyimiz kimi getmir. Gözlədiyimizdən bir az geridəyik. Şarl ilk sektorda daha yaxşı sürür. Buna görə təkmilləşməliyəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*