K.Sayns ilk dövrəyə görə peşmandır

Ferrari komandasının sürücüsü Karlos Sayns mövsümün ilk yarışından sonra xoşbəxtdir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü yarışın startında 10-cu yerə geriləsə də, stabil performansla finişə 8-ci yerdə çatıb.

Karlos Sayns: “Startda ilişmə muftasını buraxarkən səhv elədim və yarışda bolidin necə getdiyini öyrənmək üçün McLaren-dəki kimi aqressiv sürmədim. Bolidi tanımağa və ondan performans almağa çalışdım.

Xoşbəxtəm. Heyif ki, startda təmkinli davrandım və yarış ərzində ən böyük səhvim o oldu. McLaren-dəki kimi aqressiv olmaq üçün mənə 3 yarış lazımdır. Medium təkərlərlə tempim gözlədiyimdən yaxşı idi. İlk dövrədəki səhvim olmasa, McLarenlər-lə mübarizə apara bilərdim. Səkkizinci yer xüsusi olmasa da, Ferrari-dəki ilk yarışımdan razıyam”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*