K.Sayns: “İkinci sessiyada güclü idik”

Renault komandasının sürücüsü Karlos Sayns bildirib ki, cümə günü onunçün əla keçib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü birinci sərbəst yürüşlərdə 1.48.741, ikinci sərbəst yürüşlərdə isə 1.43.834 zaman nəticəsi göstərib.

Karlos Sayns: “Səhərki sessiya çox çətin keçdi. Çox çirkli trasda yeni detalları test edib anlamağa çalışırdıq. Əyləclə işləmək çətin idi. Amma hər şeyi tez anladıq və ikinci sessiya problemsiz idi. Daha yaxşı performans göstərdik. Təbii ki, inkişaf edə bilərik. İndi buna fokuslanmalıyıq”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*