K.Sayns: İkinci pilot deyiləm

McLaren komandasının sürücüsü Karlos Sayns növbəti mövsümdə Ferrari-də ikinci sürücü olmayacaq.

F-1.az xatırladır ki, ispaniyalı sürücü növbəti Mövsümdə Ferrari-də çıxış edəcək. Ancaq əksəriyyət 25 yaşlı pilotun “qırmızılar”ın heyətində ikinci sürücü olacağına inanırlar.

Karlos Sayns: “Məni ikinci sürücü edən müqavilə imzalamamışam. Bütün müqavilələrdə olduğu kimi komanda sürücüdən üstündür bəndi var. Ancaq ikinci olmağım və ya komanda yoldaşımı dəstəkləyəcəyim barədə heç bir bənd yoxdur.

Ferrari üçün var qüvvəmlə mübarizə aparacağam. Orada daha çox təzyiq altında olacağam. Şarlla münasibətimiz çox yaxşıdır. Lakin ikimiz də trasda mübarizə aparmaq istəyirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*