K.Sayns: “Hər şey tam hazır deyil”

Renault komandasının sürücüsü Karlos Sayns bildirib ki, boliddə hər şey tam hazır deyil.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Çində sıralanma turunda 9-cü olaraq, bu il ardıcıl 3-cü dəfə sıralanma turunda komanda yoldaşı Niko Hülkenberqə uduzub.

Karlos Sayns: “Sıralanma turunda hər iki bolidlə 3-cü sessiyaya qalmaq gözəl oldu. Əla iş gördük. Hələ 100 faiz tam hazır deyilik. Xüsusən də sürətli döngələrdə geridə qalırıq. Lakin buna görə narahat deyilik. Yarışı səbirsizliklə gözləyirəm. Görək necə olacaq. Təkər yeyilməsi bizi narahat etsə də, yaxşı startla gözəl xallar ala bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*