K.Sayns: Hər şey göz qabağındadır

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, startdakı təmas barədə danışmaq istəmir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü yarışa pouldan start versə də, ilk döngədə Rassell əsl xamlıq edərək, onu vurub. Nəticədə Karlos mübarizəni dayandırmalı olub. Britaniyalı pilota isə sadəcə 5 saniyə zaman cəzası verilib.

Karlos Sayns: “Yarışda ən yaxşı startımı almadım və Maks da əla başlamışdı. Uzun illərdir ki, burada ikinci yerdən start alan birinci yerdəkini keçir.

Maks ilə mübarizədə idim və birdən bu mübarizə ilə əlaqəsi olmayan biri mənə vurdu. Hər şey ortadadır və danışılası söz yoxdur. Təmasdan sonra radiator zədələndiyi üçün mübarizəni dayandırmalı olduq.

Məncə, bu təmasa görə cəza gəlməli idi. Bunun beş saniyə, on saniyə və ya dayan-get olmasını müzakirə etmək mənim işim deyil. Belə bəsit səhv etmək olmaz”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*