F-1.az xatırladır ki, orta qrup komandaları ilk üçlük problem yaşamadığı halda, 7-ci yerdən yaxşı nəticə qazana bilmirlər.
Karlos Sayns: “Formula1 təcili formada dəyişilməlidir. Orta qrupdakı sürücülər sona qədər burada gözləyə bilməz. Buraya yeddinci olmaq üçün gəlməmişik. Bu, həll edilməlidir və ümid edirəm ki, 2021-ci ildə düzələr. Markus Eriksson kimi fərqli seriyada yarışan sürücülər yarışlar və podiumlar qazanırlar. Biz isə burada yeddinci yerə ilişmişik. Buna görə narahat deyiləm. İdmandakı beşinci mövsümümdür, amma Peres və Hülkenberq kimi sürücülər uzun illərdir buradadırlar”.