K.Sayns Həmiltonla komanda yoldaşı olmaq istəyir

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, Lyuis Həmiltonla komanda yoldaşı olmaq istəyir.

F-1.az xatırladır ki, 2023-cü ilin əvvəlində Həmiltonun adı Ferrari ilə hallanırdı. Əgər bu dedi-qodular düz çıxsaydı, gələn il Həmilton və Sayns komanda yoldaşı ola bilərdilər.

Lakin bu iddialar təsdiqini tapmadı və Həmiltonun yenidən Mercedes-lə müqavilə uzatması gözlənilir.

Sayns daha əvvəl Ferstappen, Norris və Lekler kimi sürücülərlə komanda yoldaşı olub. Onun növbəti arzusu yeddiqat Dünya Çempionu Lyuis Həmiltondur.

İspaniyalı sürücü düşünür ki, əgər o, qaradərili pilotla komanda yoldaşı olsa, daha da güclənər: “Maksın komanda yoldaşı idim və buna görə bilirəm ki, onunla yaxşı anlaşarıq və yaxşı münasibətimiz olar.

Lyuis ilə heç vaxt komanda yoldaşı olmadım, amma məncə, yeddiqat Dünya Çempionu ilə komanda yoldaşı olmağın karyeranıza xeyri dəyər. Ondan bir şeylər öyrənə bilərsiniz. Sadəcə fərqli şeylər sınamaq üçün Lyuislə komanda yoldaşı olmaq istərdim. Amma düzünü desəm, komanda yoldaşımın kim olduğu vedimə deyil. Kim olursa-olsun, onu qucaqlayacağam”.

Sayns bildirib ki, 2022-ci ildə Britaniyada qazandığı yarış karyerasının ən yaxşı anı olub və indi Ferrari ilə başqa traslarda qələbələr qazanmaq istəyir: “Ferrari ilə Montsa, İspaniya və Monakoda qalib gəlmək istəyirəm”.

Qeyd edək ki, ispaniyalı sürücü bu il nəinki qələbə, heç podium belə qazana bilməyib.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*