F-1.az xatırladır ki, ispaniyalı sürücü restartda altıncı olsa da, Stroll və Rəykköneni ötərək, ikinci yerə yüksəlib. Bundan sonra sürətlə Qasliyə yaxınlaşan Saysn son dövrələrdə rəqibinə çatsa da, 0.3 saniyə fərqlə qələbəni əldən verib.
Karlos Sayns: “İnanılmaz idi. Bir tərəfdən sevinirəm, bir tərəfdən də məyusam. Çünki qələbə uğrunda mübarizə gözləmirdik. Qələbəyə çox yaxın idi. Düzü, Lyuisdən sonra ikinci ola bilərdik. Tempimiz yaxşı idi və buna layiq idik. Amma öndəki Pyer əla yarışdı. Bizim də bəxtimiz gətirmədi. Buna baxmayaraq, vəziyyəti kompensə etdik. İkinci olduğumçün xoşbəxtəm. Həftəsonu ərzində çox sürətli idik və orta qrupun lideri ola bilərdik. Buna görə də nəticədən razıyam.
Altıncı yerdən ikinci yerə yüksəldik və qələbədən bizi sadəcə 0.3 saniyə ayırdı. Buna görə də qürurluyuq. Qırmızı bayraq olmasaydı, Lyuisdən sonra ikinci yeri tutacaqdım”.