K.Sayns həm məyus, həm sevinclidir

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, təhlükəsizlik maşını onun üçün yaxşı vaxtda çıxmayıb.

F-1.az xatırladır ki, ispaniyalı sürücü yarışa 15-ci yerdən başlada da, yaxşı ötmələrlə 10-culuğa qədər yüksəlib. Lakin erkən girən təhlükəsizlik maşınına görə ispaniyalı sürücü məcburan Medium təkərlərə keçib. 27 yaşlı pilot yekunda 8-ci yeri tutub.

Karlos Sayns: “Əyləncəli yarış idi. 15-ci başlayıb, 8-ci bitirdik. Məyus olmamalıyıq. Yarışa yaxşı başladım. Yaxşı işləyən Hard təkərlə bir neçə yer qazandım. Heyif ki, qırmızı bayraq və təhlükəsizlil maşını mənim üçün tez çıxdı. Sona 36 dövrə qalsa da, Medium təkərdən başqa alternativimiz yox idi.

Bu təkərlərlə əvvəl tempimiz yaxşı idi. 7-ci yerə yüksəlib, Qasliyə çatdıq. Ancaq sonlara doğru təkərlərim tamamilə yeyildi. Son dövrədə Şarla qarşı müdafiə oluna bilmədim. O, Hard təkərlərdə idi. Daha yaxşı yerdə bitirə bilərdim. Buna görə məyusam. Eyni zamanda xal qazandığım üçün sevincliyəm. İndi isə Əbu Dabiyə hazırlaşmalıyıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*