F-1.az xatırladır ki, Karlos Sayns 2015-ci ildə Toro Rosso komandası ilə Formula1-də debüt edib. İspaniyalı sürücü Maks Ferstappen ilə bir yerdə karyerasına başlasa da, hollandiyalı 2016-cı ildə Red Bull-a keçmiş, amma Sayns Toro Rosso-da qalmışdı.
22 yaşlı sürücünün adı bir ara Renault, Ferrari və Mercedes-lə hallansa da, Red Bull onu heç bir yerə buraxmamış və daha bir il komandada saxlamışdı.
Karlos Sayns: “Mənim üçün çətin idi. Bu cür mövsüm keçirmək asan deyildi. Buna görə də bir az əsəbiyəm. Renault-dan gözəl təklif almışdım. Amma bu da komandam tərəfindən rədd edildi. Məqsədim Red Bull-da yarışmaqdır, amma orada da yer yoxdur. Gələcəkdə nə olacağını bilmirəm və mənə növbə gəlməsini gözləməliyəm”.