K.Sayns: “Həftəsonum bərbad başladı”

Toro Rosso komandasının sürücüsü Karlos Sayns Bəhreyndə sərbəst yürüşlərdə yaşadığı problemlərdən sonra məyusdur.

F-1.az xatırladır ki, ispaniyalı sürücünün bolidi Saxir trasının arxa düzlüyündə tüstülənərək, dayanmalı olub. Nəticədə Sayns 5 dövrə vurduğu sessiyanı 18-ci yerdə bağlamalı olub.

Karlos Sayns: “Həftəsonuna bu cür başlamaq istəməzdik. Çox məyusam. Bilirdik ki, ikinci sərbəst yürüşlər çox vacibdir. Amma yaşadığım problemlərə görə boşa getdi. Yenə də əldə etdiyimiz məlumatları yoxlayacağıq. Üçüncü sərbəst yürüşlərdə bu itkini kompensə etməliyik. Əks halda, yarışda işimiz çətin olacaq”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*