K.Sayns: Hədəfim qələbədir

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, sabahkı hədəfi qalib gəlməkdir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Montsadakı güclü performansını Sinqapurda da davam etdirib və şənbə günü poul qazanıb. Beləliklə, o, komanda yoldaşı Şarl Lekleri növbəti dəfə məğlub edib.

Karlos Sayns: “Bəli, bir az Montsadakı kimi hiss edirəm. Birinci sessiyadan etibarən fokuslanmaq, sessiyadan sessiyaya inamı artırmaq və son sessiyada dövrəni bir araya gətirmək, o dövrədə səhv etməməyə köklənmək lazım idi. Sinqapurda təmiz dövrə vurmaq çox vaxt işə yarayır.

Hamı üçün qeyri-stabil sessiya idi, amma fokuslandıq və sonda yaxşı dövrə ilə poul qazandıq.

Bu ilin əsas hekayəsi budur: Bəzi traslarda və sıralanma turunda bolidimiz yaxşı işləyir. Belə apekslərdə, sürətli yön dəyişən traslarda bolidimiz güclü görünür. Bu həftəsonu və Montsada vəziyyət belə idi. Bilirik ki, yarış tempi zəif tərəfimizdir və bunun cəzasını həmişə çəkəcəyik. Lakin komanda son həftələrdə maşını və paketi anlamaq üçün əla işlər görür. Bu trasın həmişə Ferrari üçün əlverişli olduğunu nəzərə alsaq da, bir az inkişaf etdiyimizi düşünürəm”.

Karlos Sayns yarış tempi barədə də danışıb: “Yarış tempi sual işarəsidir. Mercedes yarış günləri bizdən sürətli ola bilir. Təkərlərlə bağlı fərqli strategiyalar var. Buna diqqət etməliyik. Lakin öz yarışıma köklənsəm, və ilk pitə qədər yaxşı getsəm, daha sonra Hard təkərləri yaxşı işlətsəm, qələbə hədəfimiz ola bilər”

Ferrari sabah Red Bull komandasını bu il ilk dəfə məğlub edə bilər, çünki “qırmızı öküzlər” yarışa 11 və 13-cü yerlərdən başlayacaqlar. Trasda ötmənin çətinliyini nəzərə alsaq, Red Bull sürücülərinin işi çətin olacaq.

Karlos Sayns: “Əgər Red Bull-u məğlub etsək, özümüzü yaxşı hiss edərik. Hədəfimiz budur. Sabah qalib gəlməyə çalışacağıq. Montsada olduğu kimi əlimizdən gələni edəcəyik. Ümid edirəm ki, bəs edər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*