F-1.az xatırladır ki, amerikalılar keçən il idmanda debüt etmiş və 29 xalla 8-ci yeri tutmuşdular. Haas bu il artıq 9 yarışdan sonra 29 xal toplayaraq, 7-ci yerdə qərarlaşıb.
Karlos Sayns: “Haas nəticədə Ferrari-nin ikinci komandasıdır və onlardan daha yaxşı nəticə gözləyirdim. Mühərrik və bəzi detallar Ferrari ilə eynidir. Buna görə də bu qədər geri qalmaları təəccüblüdür. Avstriya yarışında çox güclü idilər, amma qeyri-stabil nəticələrə görə gözəl xallar ala bilmədilər. Əyləc problemləri və səhv sazlanmalara görə dəyərli xallar itirdilər. Yenə də onlar yeni komandadırlar və öyrənməyə davam edirlər. Paketləri güclüdür və bundan istifadə edə bilsələr, təhlükəli rəqib olacaqlar”.