F-1.az xatırladır ki, son iki yarışda başı bəladan qurtulmayan ispaniyalı sürücü Meksikada cümə günü güclü görünüb.
Karlos Sayns: “İlk sessiya yaxşı keçdi. Hər şey plana uyğun gedirdi. İkinci sessiyada sazlanmalarda dəyişiklik etdik. Təkərlərə görə onların necə işlədiyini bilmirik. Lakin balans cəhətdən məncə, doöru yöndəyik.
Ümumilikdə həftəsonuna yaxşı başladıq. Planda olan proqramı yerinə yetirdik. Sazlanmalar üçün müxtəlif alternativləri sınadıq. Mexiko Şəhər trası dəniz səviyyəsindən yüksəkdə olduğu üçün asfaltayatma qüvvəsi bəs eləmir. Buna görə də çətindir. Lakin buranın özünəməxsus stili var.
Meksikalı fanatlara dəstəkləri üçün təşəkkür edirəm. Onlar mənə motivasiya verdilər. Onları sevindirməyə çalışacam”.